Ruslara Çin avtomobillərini almamaq barədə xəbərdarlıq...

SİA-nın əldə etdiyi məlumata görə, avtomobil eksperti Vladimir Sajin “Rambler”ə danışarkən Çin avtomobillərinin Rusiya bazarında artan payı ilə bağlı məlumatları şərh edərək, onların sahiblərinin bir sıra problemlərlə üzləşə biləcəyini qeyd edib.

2024-cü ilin on ayı ərzində Çindən Rusiyaya minik avtomobillərinin tədarükü təxminən üçdə bir artaraq 12 milyard dolları ötüb.

Beləliklə, Rusiya Çindən avtomobil alışında lider olub.

Çin brendləri artıq Rusiya Federasiyasında satılan bütün yeni avtomobillərin demək olar ki, 60 faizini təşkil edir, baxmayaraq ki, bir neçə il əvvəl bu rəqəm 10 faizi ötmürdü. Ekspert Çin avtomobillərinin Rusiya bazarında payının artımını onlar üçün alternativlərin olmaması ilə əlaqələndirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə