Rusiya Dövlət Duması avtonəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası olmadan avtomobil idarə etməyə görə cəriməni 800-dən 5000 rubla qədər artırmağı planlaşdırır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, icbari sığortanın mövcud olduğu 20 ildə bu ilk dəfədir.
Qərar hökumət, Daxili İşlər Nazirliyi və sığortaçılar tərəfindən dəstəklənib
Rusiya Avtomobil Sığortaçılar İttifaqının məlumatına görə, bu gün Rusiyada sürücülərin 10 faizə qədəri (təxminən 3,6 milyon nəfər) avtomobili icbari sığortası olmadan idarə edir ki, bu da yol-nəqliyyat hadisələri qurbanlarına dəymiş ziyanın ödənilməsi prosesini çətinləşdirir.
Cərimələrin artmasına baxmayaraq, ekspertlər əmindirlər ki, bu tədbir yalnız yol kameraları vasitəsilə nəzarət avtomatlaşdırılarsa təsirli olacaq.
Polislərin kameralardan istifadə etməklə yoxlanılması üzrə pilot layihəyə Daxili İşlər Nazirliyinin sistemləri və Milli Sığorta İnformasiya Sistemi tam hazır olduqdan sonra 2026-cı ildən gec olmayaraq başlaya bilər.
Eyni zamanda, 2025-ci ildən etibarən yol polisi avtomobillərin qeydiyyatı zamanı avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortasının olub-olmamasını yoxlamayacaq. Ekspertlər hesab edir ki, cərimələrin artırılması ilə yanaşı, sığorta ödənişlərini də artırmaq lazımdır ki, bu da hazırda təmirə çəkilən faktiki xərclərdən xeyli aşağıdır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə