Braziliyanın şərqində avtobus qəzasında azı 17 nəfər həlak olub

Braziliyanın şərqində dağ yolunda avtobusun aşması nəticəsində azı 17 nəfər həlak olub və təxminən 30 nəfər xəsarət alıb. SİA xəbər verir ki, bu barədə yerli G1 portalı məlumat yayıb.

Hadisə Alaqoas ştatının Unian-dos-Palmaris bələdiyyəsində yerləşən Serra-da-Barriqa yaşayış məntəqəsi yaxınlığında baş verib. Portalın məlumatına görə, avtobusda 40 nəfər olub. Qəza nəqliyyat vasitəsinin texniki nasazlığı səbəbindən baş verib və nəticədə sürücü idarəetməni itirib.

İlkin olaraq Alaqoas ştatının iqtidar orqanları 23 nəfərin həlak olduğunu bildiriblər, lakin sonradan bu rəqəmi 17-yə endiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə