Əgər ABŞ Kiyevə dəstəyini azaltsa...

Altı ölkənin xarici işlər nazirləri Varşavada Ukraynaya dəstək perspektivlərini və ABŞ-la münasibətlərin gələcəyini müzakirə ediblər

...Avropa İttifaqının ən böyük iqtisadiyyatları - Almaniya, Fransa, İtaliya, İspaniya, eləcə də Avropa İttifaqına daxil olmayan Böyük Britaniya ABŞ-ın Kiyevə dəstəyini azaldacağı təqdirdə Ukraynaya yardımla bağlı hərbi və maliyyə yükünü öz üzərinə götürməyə hazır olduqlarını bildiriblər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski noyabrın 19-da Xosep Borreli Avropa İttifaqını ali vəzifəsində əvəz edəcək estoniyalı Kaja Kallasın iştirakı ilə yuxarıda qeyd olunan ölkələrin xarici işlər nazirləri ilə Varşavada keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

...Avropa İttifaqının ən böyük ölkələrinin ABŞ-ın iştirakının mümkün azaldılması ilə əlaqədar Ukraynaya hərbi və maliyyə yardımı yükünü öz üzərinə götürməyə hazır olduqlarını hörmətlə qeyd edirəm.

Bunu AFP Polşa Xarici İşlər Nazirliyinin rəhbərinə istinadən xəbər verir.

Qeyd edək ki, Almaniya, Fransa, İtaliya və Polşa xarici işlər nazirlərinin Varşavada keçirilən görüşü Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin başlamasının 1000-ci gününə təsadüf edib. Bu tədbirdə mühüm mövzu həm də Donald Trampın Ağ Evə qayıtmasından sonra Avropa İttifaqı ilə ABŞ arasında münasibətlərin inkişafı olub. İspaniya və Böyük Britaniyanın xarici işlər nazirləri onlayn rejimdə müzakirələrə qatılıblar.

Putin Rusiyası Avropa təhlükəsizliyinə təhdid kimi

Sikorskinin sözlərinə görə, Putinin Rusiyası "imperiya ambisiyaları" ilə təkcə Avropa üçün ən böyük təhlükəsizlik təhdidlərindən biri deyil, həm də dünya nizamına ən ciddi təhdidlərdən biridir. Diplomatların görüşün yekunları üzrə açıqlanan birgə bəyanatında Rusiyadan qaynaqlanan hibrid təhlükələrdən də bəhs edilir.

...Moskva NATO və Avropa İttifaqı ölkələrinə qarşı indiyədək görünməmiş miqyasda və müxtəliflikdə hibrid hərəkətlərini (hücumları - Red.) gücləndirir. Bu, əhəmiyyətli təhlükəsizlik riskləri daşıyır.

Ukraynada sülh yolu ilə nizamlanma haqqında

Ukraynanın sülh yolu ilə nizamlanması perspektivlərinə gəlincə, Varşava görüşünün iştirakçıları “Ukraynaya onun maraqlarına zidd olan və ya cəmiyyət tərəfindən qəbul edilməyən sülh yolu ilə həll yollarının tətbiqinin bu ölkənin sabitliyinə mənfi təsir edəcəyi barədə yekdil fikirdədilər. Radoslav Sikorski deyib bunu və əlvə edib ki,.. münaqişənin həlli və Rusiya təcavüzünə son qoyulması üçün ssenarilər Ukrayna hakimiyyəti ilə sıx əməkdaşlıq şəraitində hazırlanmalıdır.

Polşa Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, iclasda iştirak edən ölkələr də Rusiya Federasiyasına qarşı sanksiyaların saxlanılması və gücləndirilməsinin tərəfdarıdırlar.

Bunun məqsədi Rusiyanın Ukrayna ərazisindən qoşunlarını çıxarmasını və müharibədən sonrakı xərcləri ödəməsini təmin etməkdir.

...Sanksiyalar Rusiyanın hərbi potensialını təsirli şəkildə zəiflədir və onu iqtisadi cəhətdən təcrid edir. Bütün mövcud boşluqlar bağlanmalıdır.

Nəşr bunu da Polşa Xarici İşlər Nazirliyinin rəhbərindən sitat gətirir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə