Sən demə, ruslar “əzab çəkmək” üçün içirmişlər..?

Mərkəzi Asiyanın əməkçi miqrantları istiqaməti dəyişirlər..?

...Gərək ki, belə yerdə deyirlər də,.. ““paxıllıq” özlərinə qaldı”?

...Deməli, rusların miqrasiya siyasətində göstərdikləri özbaşınalıq fonunda Tacikistan neçə müddətdən bəri idi ki, işçi qüvvəsinin yönləndirmək üçün yeni istiqamətlər axtarırdı...

...Və deyəsən, tapıb da.

Belə ki, son iki həftə ərzində Tacikistan hökuməti Cənubi Koreya və Küveyt ilə miqrasiya sahəsində əməkdaşlığı nəzərdə tutan iki memorandum imzalayıb.

Küveytlə imzalanmış sənədin təfərrüatları hələlik açıqlanmayıb, lakin Tacikistandan olan miqrantların 2025-ci ildə Cənubi Koreyaya göndərilməsi planlaşdırılır.

Bunun üçün Tacikistan Respublikasının Əmək, Miqrasiya və Məşğulluq Nazirliyi Koreyaya işləmək üçün gedəcək taciklərə dil öyrənməyi və lazımi bacarıqlara yiyələnmək üçün ölkə üzrə öz tədqiqat mərkəzlərində qeydiyyatdan keçməyi təklif edir.

Qeyd edilməlidir ki, “Asia-Plus” xəbər agentliyi Cənubi Koreya üçün tələb olunan peşələrin siyahısının hələ təsdiqlənmədiyini bildirir. Lakin bu ölkədəki Tacikistandan olan miqranta istinadən nəşr qeyd edir ki, kişilərə kənd təsərrüfat və tikintidə işləmək, qadınlara isə təmizlik işləri görmək həvalə ediləcək.

...Qeyd edilməlidir ki, Tacikistandan gələn əmək miqrantları üçün yeni istiqamətlər yaratmaq cəhdi hökumətin qarşısında təkcə xarici dilləri tətbiq etmək deyil, həm də əmək bazarında tələbat ola biləcək texniki mütəxəssislərin hazırlanması vəzifəsini də qoyur.

Yerli mütəxxəsislərin etirafına görə, Tacikistan hakimiyyəti texniki və peşə təhsili olan lazımi mütəxəssisləri hazırlamaqda çox uzun müddət yubanır, buna görə də onlar öz qonşularından xeyli geri qalırlar.

Amma burada da ümid yeri var...

Belə ki, miqrasiya sahəsi üzrə ekspert Tacikistanda texniki mütəxəssislərin hazırlanmasının artıq öz nəticələrini verdiyini deyir.

Verilən xəbərlərə görə, hökumətin qərarı ilə ölkədə İbtidai Peşə və Orta Təhsil Komitəsi yaradılıb. Bu orqan ilk peşə-ixtisas təhsili və orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinə nəzarət edir və sektorun işini təkmilləşdirməlidir.

...Deməli, taciklərin işi düzəlir və yuxarıda dediyimiz kimi “paxıllıq rusların özlərinə qalacaq”...?

İndi maraqlıdır, görən, ruslar əməkçi miqrantsız neyləyəcəklər?

...Bir də axı, deyildiyi kimi, rus xalqı və alkoqol həmişə əl-ələ verir.

Amma o da maraqlıdır ki, bu gün ruslar buna da əsas tapıblar. Sən demə, onlar “əzab çəkmək” üçün içirmişlər..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə