Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 26-da ölkədə keçirilən parlament seçkilərinin yekun nəticələrini açıqlayıb. SİA xəbər verir ki, yekun nəticələri Gürcüstan MSK-nın katibi Georgi Cavaxişvili yekun iclasda elan edib.
Məlumata görə, ölkənin hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası 53,93% səslə qalib gəlib və parlamentdə 150 yerdən 89-unu qazanıb.
Bununla yanaşı, 5 faizlik səs baryerini dörd müxalif partiya da keçib. Belə ki, “Dəyişikliklər naminə Koalisiya” 11,03% səs toplayaraq 19, “Birlik - Milli Hərəkat” 10,17% səslə 16, “Güclü Gürcüstan” 8,81% səslə 14, “Gürcüstan naminə Qaxariya” partiyası isə 7,78% səslə 12 mandata sahib olub.
Bütün xəbərlər Facebook səhifəmizdə