Türkiyə Müdafiə Nazirliyi İraqın şimalındakı Asos bölgəsində həyata keçirilən hava əməliyyatı ilə 5 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyinin bəyanatında deyilib: "Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalında terror yuvalarını məhv etməyə davam edir. Asos bölgəsində həyata keçirilən hava əməliyyatı ilə daha 5 PKK terrorçusu zərərsizləşdirilib. terrorla Mübarizəmiz səmərəli və qətiyyətlə davam edəcək!".
Bütün xəbərlər Facebook səhifəmizdə