"Seçkilər görünməmiş dinc şəraitdə keçirilir" - İrakli Kobaxidze
"Oktyabrın 26-da Gürcüstanda prinsipial seçkilər keçiriləcək". SİA Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Kobaxidze hökumətin bugünkü iclasında ölkədə görünməmiş dinc seçki mühitini təmin edən hüquq-mühafizə orqanlarına təşəkkür edib.
İrakli Kobaxidze ölkənin sabit inkişafının vacibliyinə diqqət çəkib.
“Seçkilər mövzusuna toxunmaq istərdim. İki gündən sonra Gürcüstanda çox mühüm seçkilər, prinsipial parlament seçkiləri keçiriləcək. Sizə məmnunluqla bildirmək istəyirəm ki, seçkilər görünməmiş şəraitdə keçirilir və bu, çox vacibdir. Həmçinin seçkilərin azad və rəqabətli mühitdə keçirilməsi təmin edilir ki, bu da təbii ki, bizim borcumuzdur. Mən hüquq-mühafizə orqanlarına, xüsusilə Daxili İşlər Nazirliyinə, şəxsən nazirə, mühafizə xidmətinə, mühafizə xidmətinin rəisinə, bütün hüquq-mühafizə orqanlarına təşəkkür edirəm. Onların yorulmaz fəaliyyəti nəticəsində bu seçkilər dinc şəraitdə keçirilir. Biz hər şeyi etməliyik ki, bu ölkədə seçkilər sona qədər, o cümlədən oktyabrın 26-sı belə bir şəraitdə keçirilsin. Ümumiyyətlə, mən danışmaq istəyirəm ki, ölkəmizin sabit inkişafı nə qədər mühümdür və bu seçki də məhz bu məsələ ilə bağlıdır, ölkəmizin bütün istiqamətlərdə sabit inkişafını nə dərəcədə davam etdirə biləcəkdir. Əslində, ötən dörd il və son 12 il ərzində biz ölkəmizin düzgün inkişafının davam etməsi və dörd il ərzində ölkəmizin tamamilə fərqli inkişaf səviyyəsinə keçməsi üçün çox möhkəm zəmin yaratmışıq”, - deyə İrakli Kobaxidze bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB