ABŞ da müharibəyə hazırlaşır

İranın Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə hücumundan hiddətlənsə də, ölkə rəhbərliyi İsraillə müharibədən ehtiyat edir. Bu barədə ABŞ ordusundakı mənbələrə istinadən The New York Times (NYT) məlumat yayıb.

Nəşr iddia edir ki, “Bir yüksək rütbəli ABŞ hərbi zabiti İranın fövqəladə təhlükəsizlik uğursuzluğundan məəttəl qalmasına baxmayaraq, İsraillə genişmiqyaslı müharibəyə girməkdən də ehtiyat edə biləcəyini söylədi”.

Nəşrin məlumatına görə, Pentaqonun yüksək rütbəli rəsmiləri hesab edirlər ki, Haniyə Tehranda olarkən ona hücum İranı qisas almağa təhrik edir. Buna görə də, ABŞ ordusu baş verənlərdən narahat olublar. Nəşr bildirir ki, Haniyəyə qarşı sui-qəsd cəhdi ilə bağlı məlumat alan Amerika rəsmiləri gün ərzində İsrail, Livan, İraq, Qətər, Misir, İordaniya və Səudiyyə Ərəbistanının nümayəndələri ilə əlaqə saxlayıb, “məhdud zərbələrdən kənarda zorakılığın artmasının qarşısını almağa” çalışıblar.

Bundan əvvəl prezident Məsud Pezeşkiyanın seçki kampaniyasının rəhbəri Əli Əkbər Behmanesh demişdi ki, Haniyəyə edilən hücum İran üçün “böyük bir sillə”dir.

Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin Tehranda vəfatından sonra ABŞ Qəzza zolağında atəşkəslə bağlı İsrail, Qətər, İraq və Səudiyyə Ərəbistanı rəsmiləri ilə danışıqlar aparıb. Bu barədə “The New York Times” (NYT) amerikalı məmura istinadən məlumat yayıb.

Qeyd olunur ki, ABŞ rəsmiləri Haniyənin ölümünün atəşkəs razılaşmasının əldə olunmasını çətinləşdirdiyini etiraf edir, lakin danışıqların dondurulmamasında israr edirlər.

Nəşrin mənbəsinin sözlərinə görə, ABŞ prezidenti Co Bayden regional həmkarlarına şəxsən zəng etməyib, lakin “bu məsələdə öz komandası ilə fəal şəkildə əlaqə saxlayır”.

Bundan əvvəl Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani Haniyənin öldürülməsindən sonra İsrail ilə Fələstinin Həmas qruplaşması arasında uğurlu vasitəçiliyin mümkün olmadığını bildirib. O, vurğulayıb ki, bir tərəf digər tərəfdəki danışıqları aparan tərəfi öldürəndə vasitəçilik uğurlu ola bilməz.

ABŞ və Avropa İttifaqı (Aİ) diplomatları Fələstin HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra genişmiqyaslı müharibə təhlükəsinin qarşısını almaq üçün Yaxın Şərqdə təcili danışıqlar aparıblar. Bu barədə Financial Times qəzeti yazır.

Mənbələrin bildirdiyinə görə, danışıqların məqsədi Tehranı ya İsrailə cavab verməməyə, ya da simvolik addımlar atmağa inandırmaqdır.

İranda Fələstin islamçı hərəkatının Siyasi Büro rəhbərinin qətlindən sonra Ali Milli Təhlükəsizlik Şurasının fövqəladə iclası çağırılıb. İranın ən böyük məscidi Cəmharan üzərində qırmızı qisas bayrağı qaldırılıb.

V.SALAH

Bütün xəbərlər Facebook səhifəmizdə