Ukrayna ordusu NATO texnikasının beşdə birini itirib

NATO Ukraynaya texnikasının beşdə birini verib. SİA xəbər verir ki, bu barədə “Financial Times” qəzeti araşdırma aparıb. Araşdırmada Ukrayna ordusunun iyundan bəri davam edən əks-hücum zamanı NATO texnikasının təxminən beşdə birini itirdiyi bildirilib. Ukrayna və Qərb rəsmilərinin verdiyi məlumata əsasən, bu kontekstdə Ukrayna ordusu taktikasını dəyişdirməlidir. Hərbiçilər izah ediblər ki, yeni taktika, “daha ​​sərfəli qiymətə, daha konkret nəticələrə” nail olmağa imkanı verməlidir.

“Financial Times” qəzeti yazıb ki, Ukrayna ordusu NATO zirehli texnikası sayəsində minalanmış əraziləri keçərək Rusiya ordusunun müdafiə xəttini yarmağa çalışmaqdansa, Rusiya mövqelərini bombalamağa yönəlib. Yeni taktikanın Qərb ölkələrində sual işarələri yaratdığını bildirən xəbərdə, tükənmək üzrə olan artilleriya sursatlarının Ukrayna ordusuna kifayət edib-etməyəcəyi suallardan biridir. Bununla belə, bu taktikanın qısa müddətdə Ukrayna ordusuna tank və döyüş maşınlarının itkisini azaltmaq imkanı verdiyi iddia edilirdi.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə