NATO-Ukrayna Şurası Kiyevlə Transatlantik hərbi alyans arasında münasibətləri yaxşılaşdırmaq üçün yeni yaradılmış qurumdur. SİA BBC-yə istinadən xəbər verir ki, Alyansın baş katibi Yens Stoltenberqin sözlərinə görə, bu, ayrı-ayrı müttəfiqlərin tərəfdaşla görüşməsindən fərqli olaraq, Ukrayna və NATO-nun “bərabər” qərarlar qəbul edə biləcəyi platformadır.

Şuranın yaradılması Ukraynanı alyansa yaxınlaşdırmaq üçün nəzərdə tutulmuş çoxillik paketin bir hissəsidir və baxmayaraq ki, nə vaxt olacağı hələ də bəlli deyil Stoltenberqin sözlərinə görə, Ukrayna NATO-ya üzv olacaq.

Ən əsası isə Şura ayrı-ayrı müttəfiqlər və ya üzvlər tərəfindən bloklana bilməz.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə