Ukrayna niyə NATO-ya qoşula bilmir?

Ukraynanın NATO-ya qoşulması ilə bağlı bəzi mübahisələr vardır. SİA BBC-yə istinadən xəbər verir ki, Ukrayna NATO-ya bu səbəblərdən qoşula bilmir:

İlk növbədə, Kiyev qəbul edir ki, müharibə şəraitində olarkən NATO-ya qoşula bilməz. Çünki NATO ölkələri bir-birini müdafiə etməlidir. Dünən NATO sammitdə Ukraynanın üzvlüyünə doğru “aydın yol" elan edilsə də, Rusiyanın işğalı başa çatdıqdan müttəfiqlər Ukraynanın üzvlük məsələsində mübahisə edir.

NATO əvvəllər - 2008-ci ildə Ukraynanın nə vaxtsa üzv olacağına razılaşmışdı.

Böyük Britaniya bunun sürətlə həyata keçirilməsini, Baltikyanı ölkələr və Şərqi Avropa ölkələri isə NATO-nun Ukraynanın daha hansı şərtləri yerinə yetirməli olduğunu aydınlaşdırmasını istəyir.

Lakin bəzi müttəfiqlər, o cümlədən ABŞ və Almaniya daha ehtiyatlı davranır. Onlar istəyirlər ki, Kiyev korrupsiya ilə mübarizə aparsın, məhkəmə sistemini gücləndirsin və ilk növbədə orduya mülki nəzarəti təmin etsin.

Müttəfiqlər həmçinin bunun NATO-nun müharibəyə sürüklənməsindən narahatdırlar.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə