Ukraynaya payıza qədər kömək edəcəyik - ABŞ

"ABŞ Ukraynaya payıza qədər dəstək göstərəcək". SİA xarici mətbuata istinadən xəbər verir ki, bu fikri Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi mətbuat konfransında bildirib.

O, ABŞ-ın yetəri qədər maliyyə resurlarına malik olduğunu və bu resurlarla Ukraynaya kömək edə biləcəklərini vurğulayıb: “Bizim cari maliyyə ilinin sonuna qədər Ukraynanı və onun döyüş əməliyyatlarını dəstəkləmək üçün kifayət qədər maliyyə resurslarımız var. Əgər administrasiya daha çox maliyyəyə ehtiyac duyarsa, bunun üçün Konqresə müraciət edə bilər. Bu, lazım gəldikdə həyata keçiriləcək, lakin indiki mərhələdə belə bir ehtiyac yoxdur”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə