Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sirskiy sosial media hesabından verdiyi açıqlamada, Rusiyanın “əsgər və texnika itkisinə baxmayaraq” Bahmutu nəyin bahasına olursa-olsun ələ keçirmək ümidini itirmədiyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın Bahmut istiqamətindəki əsas qüvvələrinin rus təhlükəsizlik şirkəti “Vaqner”in döyüşçülərindən təşkil edildiyinə diqqət çəkən Sirski, "Böyük itkilər verir və gücləri tükənir. Biz vaxtilə Kiyevdə, Xarkovda, Balakliyada və Kupyanskda olduğu kimi çox yaxında bu fürsətdən də yararlanacağıq” ifadələrindən istifadə etmişdir.

Sirski qeyd edib ki, rus ordusunun fasiləsiz hücumları altında cəbhədəki ukraynalı əsgərlər dözüm və şücaət göstəriblər.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə