Aİ liderləri Rusiya-Ukrayna müharibəsini müzakirə edəcək

Avropa İttifaqı (Aİ) liderləri BMT-nin Baş katibi Antonio Quterreşlə Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə edəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, liderlər, həmçinin Kiyevə artilleriya mərmilərinin tədarükünün artırılması planını təsdiqləyəcək.

Quterreş Aİ-nin Brüssel sammitində qonaq olacaq. Aİ liderləri Ukrayna prezidenti Volodimir Zelenskidən videobağlantı vasitəsilə müharibə ilə bağlı yenilənmiş məlumatları alacaqlar.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə