Polis İmran Xanın evinə basqın edib

Pakistan polisi keçmiş baş nazir İmran Xanın Lahordakı iqamətgahına basqın edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, polis Xanın "Təhrik-e-İnsaf" partiyası və tərəfdarlarının yaratdığı blokadanı və maneələri aradan qaldırmağa çalışıb.

Xanın tərəfdarları polislə daşla müqavimət göstərib. Daha sonra keçmiş baş nazirin iqamətgahının damından polisə atəş açılıb.

Polis Xanın iqamətgahının əsas qapısını açıb və orada polisə hücum etmək üçün istifadə edilən maskalar, "Molotov kokteyli", dəmir dəyənəklər aşkar edib.

"Reuters" agentliyinin məlumatına görə, polis 60-a yaxın şəxsi həbs edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə