Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 740 hərbçisini itirib. SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 160 540 nəfərə çatıb.

Eyni zamanda, son sutka ərzində Rusiyaya məxsus 10 tank, 15 zirehli döyüş maşını, 18 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə