Azərbaycan Avstriyadan Türkiyəyə yardım əli uzatdı

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində təbii fəlakət bölgəsi üçün yardım kampaniyası başladılıb. SİA xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Azərbaycan mədəniyyətinə aid müxtəlif suvenirlər və əllə toxunmuş xalçalar satışa çıxarılıb.

“Zəlzələ qurbanlarının xeyrinə Novruz proqramı” adlanan tədbirdə Vyana səfiri Ozan Ceyhun da iştirak edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə