Ukrayna Aİ-dən mərmilərin sayının artırılmasını istəyib

Ukrayna Avropa İttifaqından (Aİ) artilleriya mərmilərinin tədarükünün ayda 250 min ədədə çatdırılmasını istəyir. SİA xəbər verir ki, Ukraynanın müdafiə naziri Aleksey Reznikov Avropa İttifaqı ölkələrindəki həmkarlarına mövzu ilə bağlı məktub göndərib.

“Hesablamalarımıza görə, döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi üçün minimum tələb olunan sursat yükü ayda 356400 mərmidir”,- deyə o bildirib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə