Almaniya zəlzələdən zərərçəkmişlərə asan yolla viza verəcək

Türkiyə əsas mərkəzi Kahramanmaraşda olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra yaralarını sağaltmağa çalışarkən, dünya Türkiyə ilə birlikdə hərəkətə keçib. SİA xarici mətbuata istinadən xəbər verir ki, dünyanın hər yerindən qardaş ölkəyə yardımlar yağmağa davam edərkən Almaniya, etdiyi yardımlara əlavə olaraq, zəlzələdən zərər çəkmiş Türkiyə vətəndaşlarının vizasını asanlaşdırmağa qərar verib və yaxınlatı tərəfindən öhdəliyə götürülən zərərçəkmişlərə 3 aya qədər viza veriləcəyini açıqlayıb.

Sözügedən prosedur yalnız birinci və ikinci dərəcəli qohumlar üçün keçərlidir və Almaniyada yaşayan türklər gətirdikləri qohumlar üçün öhdəlik bəyannaməsi təqdim etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə