General Şükrü Kanatlı Məhəlləsi Türkmənbaşı küçəsində dağılmış binanın dağıntıları altında işçi qruplar tərəfindən axtarış-xilasetmə işləri aparılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, aralarında Qırğızıstandan olanların da olduğu axtarış-xilasetmə qrupları tərəfindən aparılan intensiv işdə 3 nəfərin sağ olduğu müəyyən edilib.
Dağıntılar altında müəyyən edilən əraziyə diqqət yetirən qruplar zəlzələnin 296-cı saatında şəxsiyyətləri hələ müəyyən edilməmiş uşaq, qadın və kişini xilas edib.
Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb. Lakin uşaq yolda dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB