Rusiya ordusu 5 istiqamətdə irəliləyir - BAŞ QƏRARGAH

Ukrayna ordusu cənub və şərq cəbhəsində ruslara məxsus 6 ədəd pilotsuz uçuş aparatını (PUA) məhv edib. SİA xəbər verir ki, bu haqda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, PUA-lar Ukrayna ordusunun mövqelərinin yeri barədə məlumat toplamağa çalışan zaman vurulub. Məhv edilən sistemlərin hamısı Rusiya istehsalı olub.

Məlumatda qeyd olunur ki, Rusiya ordusu fevralın 17-də beş istiqamətdə irəliləməyə davam edib. Ukrayna ordusu rusların canlı qüvvəsinin cəmləşdiyi 3 ərazi və S-300 zenit-raket kompleksinin mövqeyinə zərbələr vurub. Ruslar gün ərzində 10 raket və 29 hava zərbəsi endirib.

Bütün xəbərlər Facebook səhifəmizdə