Zelenski öz ərazilərini güzəştə getməyəcəklərini bildirib

Ukrayna lideri Volodimir Zelenski Rusiya ilə davam edən müharibə prosesi ilə bağlı açıqlamalar verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Zelenski Rusiya ilə potensial sülh sazişində öz ərazilərini güzəştə getməyəcəklərini bildirib.

Ukrayna Prezidenti açıqlamasında “Rusiyanın hücumları artıq bir neçə istiqamətdən başlayıb. Əlbəttə ki, müasir silahlar sülhü sürətləndirir. Rusiyanın anladığı yeganə dil silahdır" ifadələrini işlədib.

Zelenski Rusiya qüvvələrinin yenidən hücuma keçməsi üçün Belarusiya ərazisindən istifadə etməyin “böyük səhv” olacağını da qeyd edib.

Zelenski müharibənin necə bitəcəyi ilə bağlı verilən suala “Ukraynanın sağ qalmaq üçün mübarizə apardığına inanıram” şəklində cavab verib.

Nurcan İsmayılova

Bütün xəbərlər Facebook səhifəmizdə