Vahan Kerobyan BƏƏ-yə səfər edəcək

Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan BƏƏ-yə səfər edəcək. SİA xəbər verir ki, səfər 13-15 fevral tarixlərində baş tutacaq.

Bildirilib ki, nazir Dubayda keçiriləcək beynəlxalq sammitdə iştirak etmək üçün BƏƏ-yə gedəcək. Sammitdə 20 ölkənin lideri və 250 nazir iştirak edəcək.

"Ermənistan burada ilk dəfə iştirak edir", - deyə məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə