Türkiyəli aktrisa kədərini dilə gətirdi

Kahramanmaraşda baş verən və 10 vilayətdə dağıntılara səbəb olan zəlzələdən sonra türkiyəli aktrisa Burcu Biricik hərəkətə keçib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Biricik Selma Ergeçlə birlikdə Şişli Bələdiyyəsinə zəlzələ qurbanları üçün göndərilən əşyaları qablaşdırıb. Burcu Biricik, Şişli Bələdiyyəsinin sorğusuna cavab olaraq açıqlamalar verib.

Burcu Biricik Türkiyəni dərindən sarsıdan zəlzələ ilə bağlı açıqlamasında kədərini dilə gətirib.

Məşhur aktrisa çıxışında bu sözləri deyib: "Həyat davam edirmiş kimi davranmaq istəmirik. Sadəcə dəhşətli bir şey yaşadıq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə