Avropanın 19 ölkəsindən Türkiyəyə 27 komanda səfərbər olub

Avropa komissarı Canez Lenarcic zəlzələdən sonra Türkiyəyə kömək etmək üçün indiyədək 19 Avropa ölkəsindən 27 axtarış-xilasetmə və tibbi qrupun səfərbər edildiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Avropanın Böhranların İdarə Edilməsi Komissarı Lenarcic sosial media hesabında verdiyi açıqlamada, “İndiyə qədər 27 axtarış-xilasetmə və tibbi qrup, 1150-dən çox heyət və 70 axtarış-xilasetmə iti ilə birlikdə 19 Avropa ölkəsindən AB Mülki Müdafiə Mexanizmi, zəlzələdən sonra Türkiyəyə kömək etmək üçün səfərbər olduq”.

Lenarcic yardıma görə Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Yunanıstan, Hollandiya, Polşa, Rumıniya, İtaliya, Macarıstan, Avstriya, Almaniya, Estoniya, İspaniya, Malta, Slovakiya, Portuqaliya, Monteneqro və Albaniyaya təşəkkür edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə