Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bəyan edib ki, Rusiya tərəfi ilə əsir mübadiləsi nəticəsində 116 ukraynalı əsgər azad edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Yermak öz "Teleqram" hesabında, Rusiya tərəfi ilə daha bir əsir mübadiləsinin aparıldığını qeyd edib.

Əsir mübadiləsi çərçivəsində 2-si zabit, 114-ü sıravi əsgər və çavuş olmaqla 116 əsgərin azad edildiyini qeyd edən Yermak, "İşimizə davam edirik. Hamını geri qaytaracağıq" ifadəsini işlədib.

Yermak iki əcnəbi könüllü döyüşçünün cəsədlərinin əsir mübadiləsində Ukrayna tərəfinə qaytarıldığı barədə məlumatı da paylaşıb.

Rusiya Müdafiə Nazirliyi də Ukraynadan əsirlərin dəyişdirilməsi ilə 63 rus əsgərinin azad edildiyini bildirib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə