Əsir düşmüş 63 rus əsgəri sərbəst buraxılıb

Rusiya Müdafiə Nazirliyi çətin danışıqlar nəticəsində əsir götürülən Rusiya Silahlı Qüvvələrinin 63 əsgərinin Kiyev administrasiyasının nəzarətində olan ərazidən geri qaytarıldığını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada sözügedən hərbçilərin hamısının artıq Rusiyada olduğu, əsgərlərə psixoloji və tibbi yardım göstərildiyi, yaxınları ilə əlaqə saxlamaq imkanı yaradıldığı bildirilib.

Verilən məlumatda "Azad edilən rus hərbi qruplaşması "həssas" kateqoriyaya aid olan şəxslərdən ibarətdir. Dəyişiklik Birləşmiş Ərəb Əmirlikləri administrasiyasının vasitəçilik səyləri sayəsində mümkün olub", - deyə bildirilir.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə