Ukrayna-Rusiya müharibəsi dayanmadan davam edərkən, ABŞ və Avropa İttifaqı (Aİ) ölkələrinin silah-sursat dəstəyi artmaqda davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ və Avropa ölkələrinin Ukraynaya tank dəstəyi rəğbətlə qarşılanıb. Bununla belə, Ukrayna rəsmiləri Rusiyanın şiddətli təzyiqini azaltmaq üçün daim bəyan edirlər ki, onların ölkəsinin tanklarla yanaşı F-16 qırıcılarına da böyük ehtiyacı var.

Ukrayna ötən fevral ayında Rusiyanın işğalından sonra Amerika istehsalı olan F-16-ları arzu etdikləri silah siyahısında saxlayır, lakin hökumət artilleriya, zireh və yerüstü hava hücumundan müdafiə sistemlərini daha təcili ehtiyaclar kimi görür. Hadisə ilə bağlı Avropa mətbuatında dərc olunan məqalə Ukraynanın ABŞ istehsalı olan F-16-lara nə qədər ehtiyacı olduğunu ortaya qoyur.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə