Müharibədən, aclıqdan, təhlükədən qaçıb yeni həyata başlamaq üçün minlərlə kilometr yol qət edən qaçqın uşaqlar Avropada yoxa çıxırlar. SİA xarici mətbuata istinadən xəbər verir ki, Almaniyada 2000-dən çox miqrant uşaq itkin düşüb.
Ölkədə itkin düşən miqrant uşaqların ümumi sayının 9 mindən çox olduğu təxmin edilərkən, İngiltərədə də oxşar vəziyyət yaranıb. İngiltərə mətbuatı bildirib ki, Brayton şəhərində Daxili İşlər Nazirliyinə bağlı mehmanxanaya yerləşdirilən müşayiətsiz uşaqlardan bəziləri yoxa çıxıb. Son 18 ayda 136 uşaq itkin düşüb. Bu uşaqlardan 79-dan hələ də xəbər yoxdur.
Uşaqların insan alverçiləri tərəfindən qaçırıldığını bildirilib.
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB