Zelenski ilə Boris Consonun görüşü baş tutub

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynanın 2023-cü ilə qədər Rusiya ilə davam edən müharibəni dayandırması üçün dəstək verəcəklərini bəyan edib. SİA xəbər verir ki, Ukrayna Rəyasət Heyəti Boris Consonun Kiyevdə Prezident Volodimir Zelenski ilə, həmçinin Kiyev Milli Universitetinin tələbə və müəllimləri ilə görüşərək tələbələrin suallarını cavablandırdığını açıqlayıb.

Ölkəsində Rusiyaya qarşı müharibənin davam etdiyini xatırladan Zelenski 2023-cü ildə müharibədə qalib gəlməyin mümkün olduğunu və bunun üçün beynəlxalq yardımın vacib olduğunu vurğulayıb.

Ukrayna ordusunun şəxsi heyətinin təchizatı ilə bağlı sualı cavablandıran Zelenski qeyd edib ki, əsgərlərin müdafiəsi onun üçün prioritet məsələdir.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı sualları cavablandıran Conson müharibənin qısa müddətdə bitməli olduğunu bildirib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə