Rusiya raketləri Donetskin Ukraynanın nəzarətində olan ərazilərinə zərbələr endirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bazar ertəsi axşam saatlarında TMC kanalında canlı yayımlanan fransız jurnalist Paul Qasnier və onun operator dostu dəhşətli hadisəni anbaan işıqlandırıblar. Qasnier canlı yayımda olarkən rus raketi düz arxasına düşüb. Eyni raket hücumunda Almaniyanın Bild qəzetinin müxbiri də yaralanıb.
Hücum nəticəsində Ukraynanın ən böyük xokkey mərkəzinin dağıdıldığı bildirilir. Vitse-prezident Kirilo Timoşenko Rusiyanın Donetsk vilayətinin Drujkivka şəhərinə növbəti raket hücumu nəticəsində iki nəfərin yaralandığını bildirib.
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB