Xəstəliyinə görə həbsdən azad olundu

Böyük Britaniyanın Uels ölkəsində yaşayan Brian Entoni Boven 28 yaşı olmasına baxmayaraq uşaq kimi görünür. Doğulanda cırtdanlıq diaqnozu qoyulan Boven, təbii ki, göründüyü qədər məsum deyil.

Boven 26 yaşında olarkən iki azyaşlı qıza cinsi istismarda ittiham olunub. Sosial şəbəkədə 13 və 15 yaşlı qızlara mesaj göndərən Boven onlara münasibət təklif edib və çılpaq görüntülər atıb.

28 yaşlı azğın gənc qızlara yazdığı mesajlara görə saxlanılsa da, anadangəlmə xəstəliyi səbəbindən həbsdən azad olub.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə