Alim ulduzlararası sirli obyektin nə vaxt Yerə çata biləcəyini söyləyir...

Onu artıq “yadplanetli gəmi” adlandırırlar...

...Sirli ulduzlararası obyekt 3I/ATLAS 2025-ci ilin sonunda Yerə yaxınlaşa bilər.

Bunu Harvard alimi Avi Loeb deyib.

SİA-nın məlumatına görə, bu barədə yazan Daily Mail aydınlaşdırıb ki, professor 3I/ATLAS adlı obyekti iyulun 1-də ilk kəşfindən bəri izləyir.

…Loeb onun Yerə 2025-ci il noyabrın 21-dən dekabrın 5-dək çatacağını proqnozlaşdırmışdı, - nəşr yazır.

Alimin sözlərinə görə, obyekt yadplanetli gəmidirsə, zond, hətta silah da daşıya bilər. Eyni zamanda, tədqiqatçılar ulduzlararası obyekt üçün cismin anomal böyük ölçüsünü qeyd ediblər.

Ehtimallara görə, onun eni 19 km-dən çoxdur. Günəş sisteminin daxili planetlərinə doğru hərəkət edən ulduzlararası 3I/ATLAS obyekti Yupiterin orbiti ərazisində kəşf edilib.

İyul ayında məşhur israilli amerikalı astronom Abram Loeb onun süni mənşəli olduğunu və yadplanetlilərin tədqiqatı ola biləcəyini irəli sürən bir məqalə dərc etdi.

Digər elm adamları bu ehtimalı rədd etdilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə