"Twitter"in loqosu 34 375 dollara satılıb

ABŞ milyarderi Elon Muskın aldığı və adını "X" olaraq dəyişdirmiş "Twitter" sosial media platformasının mavi quş loqosu 34 min 375 dollara satışa çıxarılıb. SİA Global Haber-ə istinadən xəbər verir ki, ABŞ mediasının verdiyi məlumata görə, hazırda "X" kimi tanınan "Twitter" sosial media platformasının mavi quş loqosu San-Fransiskodakı keçmiş qərargahından çıxarılıb.

Qeyd edək ki, Çəkisi 254 kiloqram, ölçüləri isə 3,7x 2,7 metr olan ikonik loqo 34 375 dollara alıcı tapıb. Alıcının adı açıqlanmadı.

ABŞ milyarderi Elon Musk "Twitter"-ı aldıqdan sonra adını "X" olaraq dəyişdirib və şirkətin yerləşdiyi binada müxtəlif əşyaları satışa çıxarıb

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə