Yaponiyanın “ispace” şirkətinin “Hakuto-R2” (Resilience) eniş modulu Ay ətrafında uğurla uçub.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “SpaceNews” nəşri məlumat yayıb.
Fevralın 14-nə olan məlumata görə, qurğu Ayın səthindən 8400 kilometr yüksəklikdə olub.
…Mən öz məqsədlərinə çatmaq və müvəffəqiyyətli olmaq yolunda olan “Resilience lander” qurğusuna və bu təsirli Ay uçuşuna diqqətlə hazırlaşan əməkdaşlarımıza tam etibar edirəm.
Bunu ispace-in təsisçisi və baş direktoru Takeşi Hakamada deyib.
Qeyd edək ki, Hakuto-R kosmik gəmisini daşıyan Falcon 9 raketi yanvarın 15-də ABŞ-ın Florida ştatındakı Con Kennedi Kosmik Mərkəzində Launch Complex 39A-dan buraxılıb. “Hakuto-R” modulunun Ay səthinə enməsi may ayında gözlənilir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə