…Hətta ən ümidsiz vaxtlarımızda belə ümidlə yaşayırıq.
Kimin fikri olduğunu xırdalamağa vaxt yoxdur….
Deməli, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Cənubi Koreyanın Hyundai və Kia şirkətləri Rusiya bazarına qayıtmaq variantlarını nəzərdən keçirir.
Bu qərar Ukrayna böhranına son qoymaq üçün intensivləşdirilmiş danışıqlar fonunda qəbul edilib..?
Yada salaq ki, Hyundai 2023-cü ilin sonunda Sankt-Peterburqdakı zavodunu satdı, lakin sövdələşmədə şirkətə aktivi 2025-ci ilin sonuna qədər geri almağa imkan verən geri alma opsionu var idi.
Bununla belə, bu hüququn həyata keçirilməsi üçün Rusiya hakimiyyət orqanlarının təsdiqi və sövdələşmənin şərtlərinə yenidən baxılması tələb olunur ki, bu da mümkün geri dönüşü çətinləşdirir.
Rusların yazdığına görə, Hyundai və Kia olmadığı halda, Rusiya avtomobil bazarında köklü dəyişikliklər baş verib.
Əgər 2021-ci ildə Cənubi Koreya brendləri satışda ilk 3-lükdə idisə, bu gün lider mövqeləri yeni şərtlərə tez uyğunlaşa bilən Çinin Chery, Haval və Geely şirkətləri tutur.
…Və əgər Hyundai və Kia geri qayıtmaq qərarına gəlsələr, sərt rəqabətlə üzləşəcəklər. Çin brendləri nəinki öz mövqelərini gücləndirirlər, həm də yerli montaj imkanları yaradırlar.
Bundan əlavə, Cənubi Koreya şirkətləri yeni iqtisadi reallığa və dəyişmiş istehlakçı seçimlərinə uyğunlaşmalı olacaqlar.
Buna baxmayaraq, Hyundai Rusiya bazarına marağını qoruyur və vəziyyətin inkişafını yaxından izləyir. Nəzərə alsaq ki, Rusiya avtomobil parkı yaşlanmaqda davam edir və yeni avtomobillərə tələbat kifayət qədər yüksək olaraq qalır, Koreya brendlərinin geri qaytarılması nəinki mümkün, həm də sərfəli addım ola bilər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə