SAIC və Volkswagen 2026-cı ildə Çin bazarı üçün üç yeni model hazırlayır

SAIC-Volkswagen birgə müəssisəsi 2026-cı ildə Çin bazarına üç yeni modeli təqdim etməyi planlaşdırır.

SİA xəbər verir ki, açıqlanan məlumatlara əsasən, onlardan biri elektromobil, digər ikisi isə hibrid olacaq.

Tamamilə elektrikli modelin Volkswagen və Xpeng tərəfindən birgə hazırlanmış CEA platformasına əsaslanan krossover olacağı güman edilir.

Plug-in hibrid Roewe D7 əsasında sedan, EREV hibrid isə S31L kod adlı IM Motors konseptinə əsaslanan orta ölçülü krossover ola bilər. Hər üç model Volkswagen brendi altında buraxılacaq.

Yeni "yaşıl" modellər seriyasının inkişafı ilə bağlı şayiələr bu yay təsdiqləndi. Avtomobillər yeni bərk cisimli akkumulyatorlar almalıdırlar, lakin digər texniki detallar hələ açıqlanmayıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə