Fərid Qayıbov könüllü təşkilatları ilə görüşüb - FOTOLAR

Fevralın 22-də gənclər və idman naziri Fərid Qayıbov könüllülük istiqamətində fəaliyyət göstərən təşkilatların nümayəndələri ilə görüşüb. 16 könüllü təşkilatın təmsil olunduğu görüşdə könüllülərlə işin təşkili, könüllülük fəaliyyətinin cəmiyyətdə təbliği məsələləri müzakirə edilib. SİA-nın verdiyi məlumata görə, öz fəaliyyətləri barədə məlumat verən təşkilat nümayəndələri bu sahədə maarifləndirmə prosesi, gənclərin maraqlarına, eləcə də, şəxsi inkişaflarına xidmət edən təşəbbüs və layihələrin dəstəklənməsi barədə təkliflər irəli sürüblər.

Həmçinin könüllülük hərəkatının genişləndirilməsi istiqamətində nazirliklə ictimai birliklər arasında sıx əməkdaşlığın qorunması vurğulanıb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə