Türkiyə klubundan daha bir transfer

“Konyaspor” klubu heyətinə yeni oyunçu transfer edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Konyaspor" klubu misirli hücumçu Əhməd Hassanı transfer edib. Türkiyə klubu 28 yaşlı futbolçunu Yunanıstan “Olimpiakos”undan bir illik icarəyə götürüb. Misir yığmasının da üzvü olan hücumçu yeni komandasında 9 nömrəli formanı geyinəcək. Əhməd Hassan 2018-ci ildən “Olimpiakos”un uğurları üçün çalışır. O, daha öncə Portuqaliyada “Rio Ave” və “Braqa” klublarının formasını geyinib. Misir millisində 25 matça çıxan futbolçu, 5 qola imza atıb.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...