Boksçumuzun erməni idmançını "nock out" la məğlub etməsi..." - ƏMƏKDAR İDMAN USTASI AÇIQLADI

"Bildiyiniz kimi ilk dəfə Kazanda keçirilən MDB ölkələrinin oyunlarında milli komandamız da yarışlarda iştirak edirlər". Bu sözləri SİA-ya açıqlamasında Dünya Müasir Döyüş Növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti, Dünya və Avropa çempionu, Əməkdar İdman Ustası Arif Məmmədov deyib.

Onun sözlərinə görə, MDB ölkələrindən bu yarışlarda 9 dövlətdən 1200-ə yaxın idmançı iştirak edir: "Hal-hazırda da idmançılarımızın Kazanda yarışları davam edir. Dünən də milli komandamızın boksyorunun erməni idmançını "nock out" la məğlub etməsi bizi çox sevindirdi. Güləşçilərimizin də bu yarışlarda uğurlu nəticələri var. Karate idman növü üzrə milli komandamız da bu gün Kazana yola düşəcək və bir neçə gündən sonra da karateçilərimiz yarışlarına başlayacaqlar. Azərbaycan milli komandası bu yarışlarda həqiqətən uğurlu nəticələr əldə ediblər və medal sıralamasında da sonda yaxşı yerdə qərarlaşacaqlarına bütün xalq olaraq əminik. Sonda bütün idmançılarımıza uğurlar arzulayıram".

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə