“Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Fənərbaxça" Portuqaliyanın “Eştoril” klubundan Migel Krespo ilə razılaşıb. 24 yaşlı yarımmüdafiəçinin bu gün Türkiyəyə gələcəyi bildirilib. "Fənərbaxça" oyunçu ilə 4 illik müqavilə imzalayacağı gözlənilir.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə