"Müdafiə yox hücum futboluna üstünlük verməliyik" - BAŞ MƏŞQÇİ ŞƏRH ETDİ

"Milli komandamızın bu gün Luksemburqla səfərdə, sentyabrın 4-ü İrlandiya ilə yenidən səfərdə və sentyabrın 7-sində öz doğma stadionumuzda Portuqaliya yığmalarına qarşı oyunları çox əhəmiyyətlidir. Bu sözləri SİA-ya açıqlamasında Milli komandamızın keçmiş futbolçusu Tərlan Əhmədov deyib.

Onun sözlərinə görə, bugünkü Luksemburqla oyunumuz qrupda ilk oyundu və bu oyunun əhəmiyyəti çox yüksəkdir, rəqibimizdə bizim dişimizə görə rəqibdir: "Səviyyə baxımından da bizə uyğun rəqibdir. Baxmayaraq ki, rəqiblə son oyunda doğma meydanda 2-1 hesabı ilə məğlub olmuşuq, səfərdə də heç-heçəyə razılaşmışıq. Buna baxmayaraq artıq komandalar bir-biriləri ilə artıq tanışdır və mən düşünürəm ki rəqibə qalib gəlmək olar. Hər halda bunun üçündə çalışmaq, daha çox meydançada əzmkarlıq göstərmək lazımdır, daha çox komanda şəklində oynamaq lazımdır. Komandamız oyuna istəkli və motivasiyalı başlasa qələbə bizə bir o qədər yaxın olar. Futbolçuların hər biri meydançada düzgün qərarlar qəbul etməlidirlər və bacardığından da daha yaxşı çıxış eləməlidir ki, milli yığma komandamız uğur qazansın. Düşünürəm ki, yığmamızın bu oyunda səhv etməyə və məğlub olmağa haqqı yoxdur. Cünki yığmamızda çox yaxşı oyunçular var və qələbə də millimiz üçün vacib şəkildə lazımdır. Daha çox müdafiə yox hücum futboluna üstünlük verməliyik və bacardıqımız qədər erkən qol və ya qollar atmalıyıq. Milli komandamız qrupdakı digər oyunlarda da uğurlu nəticələr əldə edə bilər. İstər İrlandiyaya istərsə də, Portuqaliyaya qarşı oyunda stabil oynayarsa o zaman uğurlu nəticə əldə edə bilər. Milli komandamıza uğurlar arzu edirəm. ümid edirəm ki, bugünkü oyunda qələbə bizim olacaq və digər iki görüşdə də uğurlu nəticə əldə edəcəyik".

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə