Salamon Rondon yenidən İngiltərədə

"Fənərbaxça"nın da maraqlandığı və təklif göndərdiyi Salamon Rondon “Everton” klubuna transfer olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Çinin “Dalyan Pro” klubunda çıxış etmiş 31 yaşlı futbolçu “Everton”a azad agent kimi keçib. Onunla 2+1 illik müqavilə imzalanıb. Salomon Rondon 2019-cu ildən Çində çıxış edirdi. Amma o, bu ilin əvvəlində Moskva "ÇSKA"sına icarəyə verilmişdi. Venesuela yığmasında 82 oyuna 31 qol vurmuş hücumçu, əvvəllər “Las Palmas”, “Malaqa”, “Rubin”, “Zenit”, “Vest Bromviç”, “Nyukasl” kimi klubların da formasını geyinib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə