Gənc fransız oyunçu Premyer Liqa klubunda

“Bernli” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Premyer Liqa təmsilçisi Fransanın “Olimpik” (Lion) klubundan Maksvel Korneni transfer edib. 24 yaşlı vinger ilə 5 illik müqavilə imzalanıb. “Bernli” Korne üçün Lion klubuna 15 milyon avro ödəyəcək. Futbolçu yeni komandasında 20 nömrəli formanı geyinəcək. Maksvel Korne əvvəllər yetirməsi olduğu “Mets”in uğurları üçün çalışıb. O, Fil Dişi Sahili yığmasında meydana çıxdığı 22 oyunda 5 qol vurub.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə