“Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuiata istinadən verdiyi məlumata görə, klub ABŞ-ın “Los Anceles” klubundan Dieqo Rossi ilə razılaşıb. 23 yaşlı vinger “Fənərbaxça”ya keçidini tamamlamaq üçün Türkiyəyə gəlib. Rossi icarə əsasında “Fənərbaxça”ya keçəcək. Rossi “Los Anceles”də 101 rəsmi oyunda 43 qol vurub, 17 məhsuldar ötürmə edib. Futbolçunun “transfermarkt”da dəyəri 18 milyon avrodur.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə