“Barselona”nın futbolçusu İlayş Moriba karyerasını İngiltərədə davam etdirəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 18 yaşlı yarımmüdafiəçi “Tottenhem” klubuna keçməyə yaxındır.

Moribanın London klubu ilə razılıq əldə etdiyi və yaxın zamanda “Tottenhem”lə 4 illik müqavilə imzalayacağı bildirilib. “Barselona” maliyyə problemlərinə görə, Moriba ilə razılaşa bilməyib və futbolçuya özünə yeni klub tapmasını bildirib. Moriba yeni kluba keçməsə, “Barselona”nın B komandasında çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə