“Barselona”nın futbolçusu Oriol Buskets karyerasını Fransada davam etdirəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 22 yaşlı yarımmüdafiəçi “Klermon” klubuna keçib. Busketslə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb. “Barselona”nın yetirməsi olan ispan futbolçu “Klermon”a azad agent kimi keçib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə