"Zirə" millinin üzvü ilə razılaşıb

“Zirə” yeni futbolçu ilə anlaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, paytaxt klubu Coşqun Diniyevi heyətinə qatıb. 25 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi daha əvvəl "İnter" ("Keşlə") "Qarabağ" və "Sabah"da çıxış edib. Azərbaycan millisinin üzvü olan Diniyev yığmada 8 oyunda forma geyinib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə