“Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, klub gənc yarımmüdafiəçi Can Bozdoğanı heyətinə qatıb. Almaniyanın “Şalke” klubunundan icarəyə götürülmüş 20 yaşlı futbolçu, mövsümün sonuna qədər İstanbul təmsilçisinin uğurları üçün çalışacaq.

Bozdoğan “Şalke”nin öz yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında da forma geyinməyə başlayıb. Yarımmüdafiəçi Almaniya vətəndaşlığını daşıdığından, bu ölkənin U-15, U-16, U-17, U-18 və U-20 yığmalarında da oynayıb.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə